İspaniyalı diplomat Xavyer Kolomina NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi təyin edilib.
Bu barədə İspaniyanın NATO-dakı nümayəndəliyinin tviter səhifəsində məlumat verilib.
X.Kolomina eyni zamanda, NATO Baş katibinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə köməkçisinin müavini vəzifəsini daşıyacaq.
O, bu postda Ceyms Appaturayı əvəzləyib.