Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı Krım məsələsinə münasibət bildirib.
Türkiyə prezidenti deyib ki, Krımdakı seçkiləri tanımırlar və Ukraynanın ərazi bütövlüyünü dəstəkləyirlər. Bundan əvvəl Türkiyə Xarici İşlər Nazirliyi də açıqlama verərək, Krımda keçirilən seçkiləri tanımadıqlarını bildiriblər.
Ərdoğanın açıqlamalarına isə Rusiyadan cavab gecikməyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Türkiyə prezidentinin açıqlamaları Rusiyada təəssüf doğurub.
"Biz bu cür açıqlamaların bizə qarşı olduğunu bilirik. Bunu belə qəbul edirik. Türkiyə prezidentinin Moskvaya səfərinə hazırlaşdığımız zaman belə bir açıqlamanın olması normal olaraq bizdə təəssüf doğurdu", - deyə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.