Asma Rhlalou Rabatda, Fatimə Zəhra Monsori Mərakeşdə, Nəbillə Ramili də Misirin ən böyük şəhəri olan Kasablankada bələdiyyə sədri olublar.
Misir müstəqillik aldıqdan sonra ilk dəfədir ki, Rabat şəhərinin qadın meri olur. Bununla da Misirin üç böyük şəhəri qadınların idarəetməsinə keçib. Rabat bələdiyyə məclisinin açıqlamasında qeyd olunub ki, Rhlalounun bələdiyyə sədrliyinə gətirilməsi "İşıqlar şəhəri" üçün tarixi gündür. Rhlalou 8 sentyabrda keçirilən və iqtidardakı Ədalət və İnkişaf Partiyasının məğlubiyyəti ilə nəticələnən seçkilərin qalibi Milli Müstəqillik Partiyasının (RNI) üzvüdür. Misirin ticarət şəhəri sayılan Kasablanka merliyinə də eyni partiyada təmsil olunan Nəbillə Ramili seçilib. Ölkənin turistik şəhəri hesab olunan Mərakeş şəhərinə isə Azadlıq və Müasirlik (PAM) partiyasının namizədi Fatimə Zəhra Monsori yenidən mer seçilib. Fatimə Zəhra Monsori 2009-cu ildən 2015-ci ilə qədər Mərakeşdə mer olmuşdu.