Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin 2021-ci ilin payız sessiyasının iş planı açıqlanıb.
İş planına “Lombardlar haqqında”, “Turizm haqqında”, "Dövlət rüsumu haqqında", o cümlədən komitəyə daxil olacaq digər qanun layihələrinin müzakirəsi daxil edilib. Sentyabrın 8-də Milli Məclisin payız sessiyasının komitə iclasları başlayıb.
Sessiya çərçivəsində ilk olaraq parlamentin Elm və təhsil komitəsinin toplantısı keçirilib.
Onlayn qaydada keçiriləcək iclasın gündəliyinə iki məsələ daxil edilib. Bunlar aşağıdakılardır:
1. Milli Məclisin Elm və təhsil komitəsinin 2021-ci ilin payız sessiyası üçün iş planının müzakirəsi.
2. Milli Məclisin 2021-ci il növbədənkənar sessiyası ərzində Elm və təhsil komitəsində görülmüş işlərin hesabatı.