Belarus prezidenti Aleksandr Lukaşenko Polşanın Belostok və Litvanın paytaxtı Vilnüs şəhərlərinin Belarus torpağı olduğunu bəyan edib.
“RİA Novosti”-nin məlumatına görə, bu barədə o, Xalq Həmrəyliyi Gününə həsr olunmuş forum zamanı bildirib.
“Biz heç onlara xatırlatmırıq ki, Belostok və Belostoççina, Vilno (Vilnüs – red.) və ətraf ərazilər Belarus torpağıdır. Biz heç bu barədə danışmırıq”, - deyə dövlət başçısı qeyd edib.