Fransa Prezidenti Emmanuel Makron Lionda təşkil edilən Eurexpo sərgisinə səfəri zamanı yumurta atəşinə tutulub. Lyonmag xəbər verir ki, hücum edən şəxs yumurta atmazdan əvvəl “Yaşasın inqilab!” deyə qışqırıb.
[embed]https://twitter.com/lyonmag/status/1442433246415970304?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1442433246415970304%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=[/embed]
Yumurta atan 20 yaşlı şəxs dərhal polislər tərəfindən saxlanılıb və qandallanıb. Makron məqsədini öyrənmək üçün hücumçu ilə danışmaq istəyib.
Videodan görünür ki, Makrona atılan yumurta sınmayıb. Halbuki "Lyonmag"-ın hadisə yerindən yayımladığı fotolarda yerə tökülən yumurta hissələri görünür.
İyunun 8-də Emmanuel Makronun Fransanın cənub-şərqindəki Drom departamentinə səfəri zamanı da 28 yaşlı Damyan Tarel “Rədd olsun Makron Fransası” deyərək ona şillə vurmuşdu. Hadisədən sonra Tarel iyunun 10-da "rəsmi şəxsə hücum" ittihamı ilə 4 ay azadlıqdan məhrum edilmişdi.