Ukraynanın paytaxtı Kiyevin Peçersk rayonunda Azərbaycan vətəndaşı saxlanılıb.
Kiyev şəhər polisindən verilən məlumata görə, bu, 1993-cü il təvəllüdlü Quliyev Rasim Sahib oğludur.
Onun saxlanılmasına səbəb Peçersk rayonu ərazisində gecə klublarından birində bir neçə şəxsi ölümcül döyərək ağır xəsarət yetirmə ittihamı olub. Belə ki, azərbaycanlı gənc gecə klubunda ardıcıl bir neçə gündə Türkiyə, Çin və daha 3 ölkə vətəndaşını ağır formada döyərək xəsarət yetirib. Zərəçkənlərdən ikisinin vəziyyəti ağırdır.
Rayon məhkəməsi R. Quliyev ilə bağlı iki aylıq həbs qətimkan tədbiri seçib.