Rusiya Federasiyası Çeçenistan Respublikasının lideri Ramazan Kadırov Amerika prezidenti Co Baydenin Çeçenistandakı cinsi azlıqlarla bağlı fikirlərinə cavab verib.
Kadırov özünün "Telegram" kanalında yazıb ki, Baydenin fikirləri qəribə və absurddur.
"Bütün müsəlman dünyası qəzəblidir. Dünyanın baş bəlası, təcavüzkar ölkənin Əfqanıstandan əsgərlərini utancverici şəkildə geri çəkən lideri Bayden heç bir səbəb olmadan Çeçenistanı xatırlayıb. Vəzifələrini icra etməyə başlayandan bəri etdiyi gülünc hərəkətlərdən və açıqlamalarından hələ özümüzə gəlməmiş, bizi yenə şənləndirdi", - deyə Çeçenistan lideri qeyd edib.
Kadırov Baydeni Çeçenistana dəvət edib: "Bayden absurd açıqlama verib. Buna cavab olaraq, onu ölkədə cinsi azlıqların olmadığını öz gözləri ilə görməsi üçün Çeçenistana dəvət edə bilərəm ancaq", - deyə o, əlavə edib.
ABŞ prezidenti Co Bayden Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 76-cı sessiyasında çıxışı zamanı deyib ki, Çeçenistandakı cinsi azlıqların hüquqları ilə bağlı problemlər var və bu problemlərin həlli üçün çalışmaq lazımdır.