30 Sentyabr 2021
Mətni dəyiş
İranın Quru Qoşunları ölkənin şimal-qərbində Azərbaycanla sərhəd bölgələrdə irimiqyaslı hərbi təlimlərə başlayır.
Bu barədə məlumatı “Mehr” agentliyi yayıb.
İran Quru Qoşunlarının komandanı general Kyumərs Heydərinin sözlərinə görə, təlimlər oktyabrın 1-i başlayacaq.
Təlimlərə zirehli bölmələr, artilleriya, pilotsuz uçuş aparatları və helikopterlər cəlb olunacaq.
Heydərinin sözlərinə görə, hərbi təlimlər əvvəlcədən hazırlanmış proqram əsasında ölkənin bu bölgəsində və digər vilayətlərində keçirilir. O bildirib ki, təlimlərin keçirilməsində məqsəd İranın silah və texnikalarının sınaqdan keçirilməsi, həmçinin döyüş hazırlığı səviyyəsinin qiymətləndirilməsidir.