25 Sentyabr 2021
Mətni dəyiş
İran hakimiyyəti özəl nəqliyyat şirkətlərinə Qarabağda qanunsuz daşımalar etməyi qadağan edib. Bu barədə İranın Azərbaycandakı səfiri Seyid Abbas Musəvi cümə günü jurnalistlərə bildirib.
Şirkətlərə xəbərdarlıq Azərbaycan hakimiyyətindən rəsmi məlumat aldıqdan sonra edilib. Onun sözlərinə görə, şirkətlərə Azərbaycanın ərazi bütövlüyünə hörmət etmək barədə xəbərdarlıq edilib.
Sentyabrın 24-də Azərbaycan Prezidentinin xarici siyasət məsələləri üzrə köməkçisi Hikmət Hacıyevin İran Xarici İşlər nazirinin müavini Seyid Səccadpur ilə görüşü olub.