Almaniyada keçirilən parlament seçkilərində Almaniya Sosial Demokrat Partiyası (SPD) 25,7% səs toplayaraq qalib gəlib.
“Almaniya Xristian-Demokratik İttifaqı/Xristian-Sosial İttifaqı” (XDİ/XSİ) bloku ikinci yerdə qərarlaşıb - 24,1 faiz. “Yaşıllar” (14,8 faiz), Azad Demokratik Partiyası (AzDP, 11,5 faiz), Almaniya üçün Alternativ (AfD, 10.3 faiz) və “Solçular” (4,9 faiz) gəlir.
Almaniyanın Federal Seçki Komissiyası bildirib ki, bu, seçkilərin ilkin və keçici nəticələridir.
Miqrantlara və islama qarşı mövqedə duran Almaniya üçün Alternativ (AFD) Partiyası isə 2017-ci ilə nisbətən 2,3 faizlik səs itkisi yaşayıb və 10,3 faiz səslə5-ci sırada yer alıb.
Keçici nəticələrə görə, millət vəkillərinin bölüşdürülməsi bu formada olacaq: SPD 206, XDİ/XSİ 196, yaşıllar 118, AFD 92, AfD 83, solçular 39 yer.