Hollandiyanın baş nazirinə qarşı sui-qəsd və qaçırılma olacağına dair kəşfiyyat məlumatı alındıqdan sonra nazirin ətrafında təhlükəsizlik tədbirləri gücləndirilib.
Yerli mətbuatda çıxan məlumatlara görə, Hollandiya Krallığının və Diplomatik Təhlükəsizlik Servisinin xüsusi hazırlanmış polisləri nazirin mühafizəsinə cəlb olunub.
Məlumatlara görə, baş nazirin "Mocro-mafya" kod adlı silahlı qruplaşma tərəfindən qaçırılma və öldürülmə təhlükəsi yaranıb.
Ruttenin təhlükə altında olduğu məlumatını Hollandiya xüsusi xidmət orqanları ilk dəfə sentyabr ayının əvvəlində alıblar. Araşdırmalardan sonra məlum olub ki, sözügedən mafiya qruplaşmasının bəzi üzvləri müxtəlif vaxtlarda, müxtəlif yerlərdə nazirin olduğu istiqamətlərdə görülüblər.
Hollandiyanın rəsmi orqanları isə məsələ ilə bağlı açıqlama vermək istəməyib.