Hesablama Palatası 2019-2020-ci illərdə dövlət büdcəsindən Ali Məhkəməyə ayrılmış vəsaitin istifadə vəziyyəti ilə bağlı yoxlamalar aparıb.
Report-un əldə etdiyi məlumata görə, artıq auditin nəticələri müzakirə üçün qurumun kollegiyasına təqdim edilib.
Müzakirələrdən sonra bu barədə Milli Məclisə və ictimaiyyətə məlumat veriləcək.