Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hava çirkliliyinin təsəvvür ediləndən daha təhlükəli səviyyədə olması haqda xəbərdarlıq edib. Təşkilat çirklənməyə səbəb olan azot dioksid kimi maddələrin təhlükəsiz limit səviyyəsini aşağı salıb.
ÜST-ə görə hava çirkliliyinə görə yaranan xəstəliklər nəticəsində hər il 7 milyon insan həyatını itirir.
Hava çirkliliyindən ən çox zərər çəkənlər isə iqtisadiyyatları yeraltı yanacaqlardan asılı olan aşağı və orta gəlirli ölkələrdir.
Qurum hava çirkliliyinin insan səhhətində yol açdığı zərərləri siqaret və qeyri-sağlam qidalanma ilə bərabər görür.
Təşkilat noyabr ayında Qlazqoda təşkil ediləcək İqlim Konfransından (COP26) əvvəl 194 üzv ölkəyə iqlim dəyişikliyinə qarşı hərəkətə keçmələri və karbon emissiyalarının azaldılması barədə çağırış edib.
ÜST-ün hava çirkliliyinə dair çərşənbə günü yayımladığı yeni təlimatda PM2.5 adıyla tanınan hissəciklərin təhlükəsiz limiti yarıya endirilib. Ağciyərlər tərəfindən ən dərin nöqtələrə enə bilən bu kiçik hissəcikli maddələr motorlu nəqliyyat vasitələrinin yanacağı, enerji istehsalı və təbii qazla isinmə nəticəsində yaranır.
“Ölümlərin 80 faizinin qarşısını almaq olar”
ÜST bildirir ki, “mövcud hava çirkliliyi səviyyəsinin yeni təlimatda tövsiyə edilən səviyyəyə endirilməsi zamanı PM2.5-dən qaynaqlanan ölümlərin qarşısı 80 faiz alına bilər”.
PM10 adıyla tanınan hissəcikli maddələr üçün də təhlükəsiz limit 25 faiz səviyyəsinə endirilib.
Təlimatda vurğulanan digər çirkləndiricilər arasında azon, azot dioksid, kükürd dioksid və karbonmonoksid də var.
Hava çirkliliyi ürək xəstəliklərinə və insulta yol aça bilər. Uşaqlarda isə ağciyərin inkişafına mane olur və asma yarada bilir.
ÜST hava səviyyəsinin artırılması ilə iqlim dəyişikliyinin təsirlərinə qarşı mübarizənin qarşılıqlı bir-birini dəstəkləyən effektləri olduğunu qeyd edib.