Giriş məhdudiyyətlərinə baxmayaraq, İranda 45 milyon insan "Telegram" proqramının istifadəçisidir.
İran Statistika Mərkəzi ölkə ərazisində insanların sosial şəbəkələrdə iştirakının səviyyəsini göstərən yeni hesabatını açıqlayıb. Hesabatdan məlum olub ki, girişinə məhdudiyyət qoyulmuş "Telegram" proqramı da İranda geniş istifadə olunur.
Hesabata görə, İranda 15 yaş və yuxarı şəxslərin 65 faizi sosial şəbəkələrin istifadəçisidir. Bu da o deməkdir ki, 55 milyon İran vətəndaşı ən azı bir sosial şəbəkə platformasında var.
Qeyd olunub ki, İran vətəndaşlarının sosial şəbəkələrdə iştirakçılığı son iki ildə 22 faiz artıb. Hazırda ölkə əhalisinin 88 faizi ölkədə qadağan olunmayan "WhatsApp" messencerini, 68 faizi isə "Instagram" platformasını istifadə edir.
Sosial şəbəkələrdən istifadə edən İran vətəndaşlarının 45 milyonu həm də "Telegram" istifadə edirlər. Hesabatda qeyd olunub ki, İranda hər gün "Telegram" üzərindən 15 milyard mesaj göndərilir.