Fransada Allaha inananların sayı getdikcə azalır.
Dinlər Haqqında Jurnalistlər Dərnəyinin (Ajir) apardığı anket sorğularının nəticələrinə görə, Fransa xalqının 51 faizi Allaha inanmır.
2011 və 2014-cü illərdə aparılan sorğuların nəticələrinə görə isə, iştirakçıların yalnız 44 faizi Allaha inanmadığını deyirdi.
1947-ci ildə, yəni 74 il əvvəl aparılan sorğulara görə isə, xalqın 66 faizi Allaha inanırdı.
Sorğulara görə, Allaha inanan iştirakçıların 58 faizi yaşı 65-dən çox olan şəxslərdir. 48 faizi isə 18-34 yaş arası şəxslərdir.
"Koronavirus (Covid-19) epidemiyası sizi dinə daha da yaxınlaşdırdı?" sualına iştiakçıların 91 faizi "Yox" cavabı verib. Ancaq 9 faiz iştirakçı epidemiyadan sonra daha çox dua etdiyini deyib.