28 Sentyabr 2021
Mətni dəyiş
Dünyanın bir çox ölkəsində ən vacib sosial problemlərdən biri olan fərdi silahlanma 3D printerlər vasitəsilə evlərdə istehsal edilən silahlar səbəbindən getdikcə idarəolunmaz hala gəlir.
Hollandiyada prokurorluq və polis ev istehsalı 3D silahlarla bağlı genişmiqyaslı istintaq başladıldığını açıqlayıb.
Hollandiya polisinin fikrincə, seriya nömrələri olmayan və rəsmi orqanların görə bilməyəcəyi şəkildə istehsal edilən sənədsiz çap silahları həm ölkə daxilində, həm də xaricdə ciddi narahatlığa səbəb olub.
Atəş zamanı meydana gələn yüksək istilik, plastikdən hazırlanan bu silahlarda fərqli təhlükəsizlik problemlərini də özü ilə birlikdə gətirir.
AD qəzeti bildirir ki, Hollandiyada ötən ay 5 ədəd 3D printerdə hazırlanmış ölümcül silah ələ keçirilib. Prokurorluq və polis bu yeni cərəyanın ciddi təhdid olduğunu qeyd edərək geniş araşdırma başladıb.
Prokurorluq sözçüsü istər metal, istərsə də 3D printerlər hazırlansın, bütün odlu silahların qadağan olunduğunu vurğulayaraq ələ keçirilən çap silahlarla bağlı araşdırmanın davam etdiyini söyləyib.
İspaniyada da ötən aylarda 3D printerlə silah istehsal edən bir fabrikdə əməliyyat keçirilib.
Türkiyədə olduğu kimi, dünyanın bir çox küncündə fərdi silahlarla törədilən cinayətlərin sayı artır.
İnkişaf edən texnologiya sayəsində insanların odlu silahları asanlıqla əldə edə bilməsi təhlükəsizlik orqanlarını narahat edir. ABŞ-dan sonra Avropada da 3D printerlər vasitəsilə evlərdə istehsal edilən silahların sayında artım müşahidə edilir.
Evində 3D printer olanlar internet saytlarından paylaşılan planlar sayəsində istədikləri odlu silahı hazırlaya bilirlər. Plastik olan bu silahlar bir neçə dəqiqə ərzində istehsal edilir.
Metal detektorlara ilişmir
3D silahlar ilk dəfə 2013-cü ildə ABŞ-ın Texas şəhərində Kodi Vilson adlı universitet tələbəsi tərəfindən hazırlanıb. İkinci əl 3D printerlə plastik materialdan istehsal edilən silahın sadəcə atəş açma mexanizmi metaldan idi.
Vilsonun internetdə yayımladığı silahın hazırlanma planı çoxu ABŞ və İspaniyadan olmaqla, 100 mindən çox şəxs tərəfindən yüklənib.
İngilis “Daily Mail” qəzetinin müxbirləri plastic materiallar çap edilən silahların təhlükəsizlik yoxlamaları zamanı metal detektorlara ilişmədiyi bəlli olub.
İngiltərədə 2019-cu ildə 3D printerlə silah istehsal edən bir nəfər 3 il həbs cəzasına məhkum edilib.
Silahı universitetdəki layihəsi üçün istehsal etdiyini iddia edən 26 yaşlı ingilis vətəndaş ölkəsində bu cinayətdən cəza alan ilk şəxs olub.