“Ermənistan ərazisindən yük daşımaq məqsədilə qanunsuz yollarla Azərbaycan ərazisinə keçən avtomobillər Daxili İşlər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin və Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən müəyyən edilərək saxlanılıblar”.
Bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.
O bildirib ki, həmin avtomobillərin sürücüləri barəsində Azərbaycanın qanunlarına uyğun müvafiq tədbirlər görüləcək.
Ermənistan mətbuatında Xankəndinə yük daşıyan iki iranlı sürücüsünün Azərbaycan polisi tərəfindən Gorus-Qafan yolundakı postda saxlanıldığı barədə məlumat yayılmışdı.