Bu həftə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasına qatılan peyvənd edilməmiş dövlət başçıları Nyu-Yorkdakı restoranlarda yüksək səviyyəli şam yeməyi əvəzinə, bir parça pizza ilə kifayətlənməli ola bilərlər.
Braziliya Prezidenti Jair Bolsonaru da Nyu-Yorkdakı ilk gecəsində belə şam yeməyi ilə kifayətlənməli olub. Buna səbəb isə Nyu-York şəhərində heç kimin COVID-19 əleyhinə vaksinlənmə haqda sübut təqdim etmədən restoranlara buraxılmamasıdır.
Ultrasağçı populist prezident vaksinasiya mövzusunda skeptikdir və peyvənd olunmaması ilə öyünür. Nyu-Yorka səfərindən əvvəl verdiyi müsahibədə öz immun sisteminə güvəndiyini və koronavirusa yoluxmayacağına əmin olduğunu deyib.
Onun deleqasiyasında yer alan Nazirlər Kabinetinin iki üzvü Bolsonaru və köməkçilərinin bazar günü axşam saatlarında Nyu-York səkilərindən birində pizza yeyən zaman çəkilən fotolarını paylaşıb.
Bolsonarunun tərəfdarları liderlərinin qaldığı “Manhattan” otelinin yaxınlığındakı küçədə pizza yeməkdən xoşbəxt olan “təvazökarlığını” tərifləyiblər.
Bazar ertəsi İngiltərə Baş Naziri Boris Consonla birlikdə keçirdiyi mətbuat konfransında Bolsonaru ona verilən vaksin olunub-olunmadığı barədə suala “Xeyr! Hələ yox” deyə cavab verib.
Nuy-York meri Bill de Blazio “Braziliyadan məşhur Bolsonaru da daxil olmaqla” dünya liderlərini BMT-nin bu şəhərdəki iclasına qatılmadan əvvəl vaksinasiya olmağa çağırıb.
“Əgər vaksin vurdurmaq istəmirsinizsə, o zaman qarşılaşaca biləcəklərinizdən narahat olmayın” – Blazio mətbuat konfransında deyib.
[caption id="attachment_108914" align="alignnone" width="2048"]
Bill de Blasio[/caption]
Ötən həftə Baş Assambleyanın prezidenti Abdulla Şahid 193 üzv dövlətə BMT-nin COVID-19 vaksinasiya şərəf sisteminin prezidentlər, baş nazirlər və diplomatlar üçün qüvvədə qalacağını bildirib. Onlardan immunizasiya sübutunu göstərmələri tələb olunmur.
[caption id="attachment_108915" align="alignnone" width="1280"]
Abdulla Şahid[/caption]
Bəzi liderlər pandemiya səbəbindən uzaq qalmağa çalışır və bunun əvəzinə video-müraciət göndərirlər.
Braziliyanın BMT-dəki nümayəndə heyəti braziliyalı diplomatın Nyu-Yorkda verdiyi koronavirus testinin pozitiv çıxması barədə xəbəri şərh etməkdən boyun qaçırıb.
BMT-nin sözçüsü Stefan Düjarrik deyib: “Biz məlumatlardan xəbərdarıq və Braziliya nümayəndə heyəti ilə daim əlaqədəyik”.
Bolsonaru çərşənbə axşamı günü BMT-nin Baş Assambleyasının illik iclasında çıxış edən ilk dövlət başçısı olacaq.