2021-ci il birinci yarımili ərzində Ailə, Qadın və Uşaq və Problemləri üzrə Dövlət Komitəsinə daxil olan müraciətlərin sayı açıqlanıb.
Bu müddətdə quruma 1718 vətəndaş müracəti, 664 xidməti məktub daxil olub.
Vətəndaş müraciətlərinin mövzular üzrə təhlilindən aydın olub ki, məhkəmə qərarlarının icra edilməməsi (384), məişət zorakılığı (148), müalicə və müayinə olunmaqda köməklik (116), müxtəlif yönümlü sosial müavinətlərin, yardımların, təqaüdlərin alınması (98) ilə bağlı müraciətlər üstünlük təşkil edir.
Dövlət Komitəsinə məişət zorakılığı ilə bağlı daxil olan 148 müraciət üzrə yerli icra hakimiyyəti orqanlarından 86 cavab məktubu alınıb və bu cavab məktublarının təhlili aparılıb.
Müraciətlərlə bağlı lazımı tədbirlər görülüb, yerli icra hakimiyyətlərinin Gender zorakılığı və uşaqlara qarşı zorakılıq üzrə monitorinq qrupları ilə işçi qaydada əlaqə saxlanılıb.
Məişət zorakılığından zərərçəkənlər üçün qeyri-dövlət yardım mərkəzlərinin sığınacaqlarında yerləşdirilmiş şəxslərin hüquqlarının müdafiəsi ilə bağlı Dövlət Komitəsi qurumlararası əlaqələndirməni həyata keçirib və onların müdafiəsinin təşkili məqsədilə aidiyyəti qurumlar qarşısından məsələ qaldırıb.
2021-ci ilin birinci yarım illiyində rəsmi və işçi qaydasında 22 məişət zorakılığından zərərçəkmiş şəxslə bağlı müraciətlərə baxılıb.