21 Sentyabr 2021
Mətni dəyiş
2021-ci ildə ildə Birləşmiş Krallıqda doğum əmsalının kəskin aşağı düşməsi nəticəsində “uşaq çatışmazlığı” yaşanır.
Britaniyanın Sosial Marketinq Fondu bu barədə maraqlı araşdırma aparıb.
Araşdırmaya əsasən, yeni doğulan körpələrin azlığı perspektivdə iqtisadiyyat üçün də ciddi təhdidə çevrilib.
Yayılan rəqəmlər göstərir ki, 1964-cü ildə hər qadına düşən yeni doğulan körpə sayı 2.93 olduğu halda, ötən il bu göstərici 1.58-ə düşüb. Şotlandiyada isə hətta 1.29-adək geriləyib.
Mütəxəssislər hesab edirlər ki, əhali sayını sabit saxlamaq üçün doğum əmsalı 2.1 olmalıdır.