Britaniya polisi Skripalların zəhərlənməsində üçüncü rusiyalı - QRU generalı Denis Sergeyevi günahlandırdı

Britaniya polisi Skripalların zəhərlənməsində üçüncü rusiyalı - QRU generalı Denis Sergeyevi günahlandırdı
21 Sentyabr 2021
Mətni dəyiş
Britaniya polisi keçmiş Rusiya QRU zabiti Sergey Skripal və qızı Yuliyanın zəhərlənməsində üçüncü şübhəlinin də adını çəkib. Polisin fikrincə, bu, Rusiya hərbi kəşfiyyatı ilə əlaqəli olan Denis Sergeyevdir. [embed]https://twitter.com/metpoliceuk/status/1440255396476645382?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1440255396476645382%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=[/embed] Polisin hesabatında deyilir ki, Sergeyev "Sergey Fedotov" təxəllüsü ilə gizlənir. Daha əvvəl mediada Fedotovun zəhərlənmədə iştirak etdiyi barədə məlumatlar yayılmışdı və Bellingcat araşdırma qrupu bu adın arxasında QRU general-mayoru Denis Sergeyevin gizləndiyini yazmışdı. Denis Sergeyev sui-qəsd məqsədilə əlbir olma, qəsdən adam öldürmə, ağır bədən xəsarəti, kimyəvi silah saxlamaq və istifadə etməkdə ittiham olunur. Kraliyyət Prokurorluq Xidməti Sergeyevin ittiham olunmasına icazə verib. Ancaq BBC News qeyd edir ki, şübhəli saxlanılanadək ona rəsmi ittiham irəli sürülə bilməz. Daha əvvəl İngiltərə Skripallarının zəhərlənməsində "Aleksander Petrov" və "Ruslan Boşirov" adları ilə ölkəyə daxil olan ruslardan şübhələndiyini açıqlamışdı. Bellingcat və "The Insider"-ə görə, onların əsl adları Aleksandr Mışkin və Anatoli Çepiqadır və QRU əməkdaşlarıdır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun