Birləşmiş Krallığın müdafiə naziri Ben Uolles Əfqanıstanda xidmət edən britaniya əsgərlərinin tərcüməçisi olan 250-dən çox əfqanın məlumatlarının sızması ilə əlaqədar araşdırma başladıb.
[caption id="attachment_108929" align="alignnone" width="1500"]
Ben Uolles[/caption]
Talibanın nəzarəti ələ keçirməsindən sonra ölkədən qaçaraq Britaniyaya sığınmaq üçün gözləyən tərcüməçilərin bəziləri hələ də Əfqanıstanda gizlənir. Bir qismi isə üçüncü ölkələrə getməyə müvəffəq olub.
Əfqan tərcüməçilərin adları, əlaqə məlumatları, hətta bəzilərinin şəkilləri səhvən Britaniya Müdafiə Nazirliyinin paylaşdığı e-mailə kopyalanıb.
Sözügedən e-mail Əfqanıstandan təxliyə edilməsi gözlənilən onlarla şəxsə göndərilib. Yazılı açıqlama verən Müdafiə Nazirliyi üzr istəyib.
Mühafizəkar Partiya millət vəkili və sabiq müdafiə naziri Conni Merser Britaniya ordusuna işləyən tərcüməçilərlə bağlı bu diqqətsizliyin “son dərəcə utancverici olduğunu” və bütün bu şəxslərin gecə ilə özlərinə gizlənmək üçün yeni yer tapmaq məcburiyyətində qalacaqlarını deyib.
[caption id="attachment_108927" align="alignnone" width="2048"]
Conni Merser[/caption]
Britaniyanın Əfqanların Yenidən Yerləşdirilməsi və Yardım Siyasətindən məsul qurumunun göndərdiyi e-maildə bütün tərcüməçilərin yerini dəyişmək üçün çalışdıqları qeyd edilib.
Bu qurum Talibanın avqustun 15-də paytaxt Kabilə girməsindən bu zamanadək tərcüməçilərlə sıx əlaqədədir.
Yer dəyişdirmələri təhlükəli olacaqsa ailələrini və özlərini riskə atmamaları haqda tərcüməçilərə çağırış edilən e-mail-də bütün detalların yazılması bir müddət sonra elə tərcüməçilərdən birinin diqqətini çəkib.
“Bu səhv tərcüməçilərin, xüsusilə hələ də Əfqanıstanda olanların həyatı bahasına başa gələ bilər. Bəzi tərcüməçilər e-mailə bir çox şəxsin əlavə edildiyinə fikir vermədən mövcud vəziyyətlərini, ünvanlarını cavab olaraq yazıblar. Üstəlik bu şəxslərdən bəzilərinin ad və şəkilləri də var. Bu, həddən artıq təhlükəli haldır” – deyə tərcüməçilərdən biri BBC-yə müsahibəsində bildirib.
Bu e-maillərdən təqribən yarım saat sonra eyni adlara daha bir e-mail göndərən Müdafiə Nazirliyi “Təcili olaraq əvvəlki e-maili silin” yazıb və tərcüməçilərə electron ünvanlarının artıq izlənə biləcəyi mövzusunda xəbərdarlıq edib, ünvanlarını dəyişdirmələrini xahiş edib.
Müxalif İşçi Partiyasının Kölgə müdafiə naziri Con Heyli də tərcüməçilərin həyatlarının artıq ciddi risk altında olduğunu qeyd edərək bu şəxslərin təcili şəkildə Britaniyaya gətirilməsi haqda çağırış edib.
[caption id="attachment_108928" align="alignnone" width="2400"]
Con Heyli[/caption]
Əfqanıstanın müxtəlif bölgələrində hələ də gizlənən tərcüməçilərin ciddi təhlükəsizlik problemi yaşadığı bildirilir.
Müdafiə Nazirliyinin sözçülərindən biri Uollesin “qəbul edilməz vəziyyət” adlandırdığı informasiya sızması haqda araşdırma başladıldığını açıqlayıb.
“Bu informasiya sızmasından mənfi təsirlənən hər kəsdən səmimi şəkildə üzr istəyirik. Çalışacağıq ki, bir daha belə bir hal yaşanmasın”.