Bakıda ilk dəfə yeni formatda Milli Kitab Satış Sərgisi keçiriləcək.
Bu barədə "Qanun" Nəşrlər Evinin direktoru Şahbaz Xuduoğlu məlumat yayıb. Naşirin sözlərinə görə, kitab satış sərgisi oktyabrın 1-dən 10-na kimi Əl Oyunları sarayında təşkil olunacaq.
Şahbaz Xuduoğlu deyir ki, 3-4 ildən sonra bu, Azərbaycanın ən böyük sərgisi kimi ad qazanacaq.
"Əl toxunulmayan notları belə dinləndirəcəyik. Əlli mindən çox kitab, 30% dən başlayan endirimlər, yazarlarla görüşlər, oxu saatları, imza günləri, şeir saatı, müsiqili proqramlarıyla kitabsevərlərin görüşünə gələcəyik".
Naşirin sözlərinə görə, bu sərgidə yalnız nəşriyyatlar yox, kitabçılar, kitab kollektorları, bukinistlər də iştirak edəcəklər. Şəxsi kitab rəflərində artıq görünən kitabların da ikinci əl satışı olacaq.
Şahbaz Xuduoğlu onu da əlavə edib ki, sərgidə musiqiçilər öz CD-lərini, rəssamlar isə rəsmlərini sata biləcəklər.