Bu gün “Bakı Metropoliteni” QSC-nin qatarlarından biri “Həzi Aslanov” stansiyası istiqamətində hərəkətdə olarkən maşinist nasazlıq hiss edib.
Buna görə də “Ulduz” stansiyasında sərnişinlər düşürülüb.
Qatar texniki baxış üçün "Neftçilər" stansiyasında dalan yoluna verilib. Əvəzinə xəttə ehtiyat qatar verilib. Bu səbəbdən qatarların hərəkətində 3-4 dəqiqə ləngimə olub.
Metronun mətbuat katibi Bəxtiyar Məmmədov bildirib ki, hazırda qatarlar qrafik üzrə normal hərəkət edir.