“Artıq bütün dairələr sədr və katibləri seçiblər. Bununla da DSK-ların formalaşdırılması prosesi başa çatıb. Növbəti addım isə məntəqə seçki komissiyalarının formalaşdırılması ilə bağlıdır və bu proses gedir”.
Bu fikirləri Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.
Onun sözlərinə görə, MSK tərəfindən buraxılmış məntəqələrin komissiyaları və onların üzvləri məntəqə seçki komissiyaları formalaşdırılan zaman yenidən üzv seçilə bilməzlər: “MSK bunu diqqətdə saxlamalıdır”.