9 Sentyabr 2021
Mətni dəyiş
17 saylı cəzaçəkmə müəssisəsində saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) fəalı Zamin Salayev (Əlizamin Salayev kimi tanınır) karserə salınıb. Bu barədə Turan-a “Müdafiə Xətti” QHT-dən bildiriblər.
Mənbənin məlumatına görə, Salayevə əfv ərizəsi yazmaq təklif edilib. O imtina etdikdə, qalan cəza müddətini cəzaçəkmə müəssisəsində keçirəcəyi ilə hədələnib.
Daha sonra o, fiziki təzyiqə məruz qalıb və karserə salınıb.
Penitensiar Xidmətdən şərh almaq mümkün olmayıb.
Salayev 2020-ci il aprelin 20-də Salyan rayon məhkəməsi tərəfindən mühakimə edilib və yerli polis şöbəsinin zabitinin şikayəti əsasında “böhtan” və “təhqir” ittihamı ilə 2 il 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
İddiaya Salayevin internetdə yaydığı, polislə söhbətində onu 21 yaşlı yerli sakini onunla birgə yaşamağa təhrik etməkdə ittiham etdiyi videogörüntü səbəb olub.
Avqustun 6-da yerli məhkəmə onun cəzasının yarısını çəkməsi ilə əlaqədar vaxtından əvvəl şərti azadlığa buraxılması haqqında müraciətini təmin etməyib.
Salayev hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb.