25 Sentyabr 2021
Mətni dəyiş
2021-ci ilin ikinci rübündə ötən ilin eyni dövrü ilə müqayisədə Avropa Birliyinə ilk dəfə edilən sığınacaq müraciətləri 115 faiz artıb.
Eurostat tərəfindən açıqlanan statistikaya görə, 2021-ci ilin ikinci rübündə Avropa Birliyi ölkələrində beynəlxalq müdafiə üçün ilk dəfə müraciət edənlərin sayı 103 min 895 nəfər olub.
Bu, 2020-ci ilin ikinci rübündə 48 min 370 müraciətlə müqayisədə 115 faiz və 2021-ci ilin ilk rübündəki 95 min 265 müraciətlə müqayisədə 9 faiz artım deməkdir.
Eyni zamanda müraciət sayı hələ 2019-cu ilin ikinci rübündə müşahidə edilən pandemiyadan öncəki səviyyədən aşağıdır və o dövrlə müqayisədə 28 faizlik eniş mövcuddur.
Yenidən müraciət edənlərin sayında yarıbayarı azalma
Bundan əlavə, 2021-ci ilin ikinci rübündə 13 min 805 yenidən müraciət edilib (daha əvvəlki müraciətləri haqda qərar alındıqdan sonra sığınacaq üçün müraciət edən şəxslər). Bu rəqəm 2021-ci ilin ilk rübü ilə müqayisədə 51 faiz azamla anlamına gəlir.
Ən çox müraciət edənlər kimlərdir?
İlk dəfə sığınacaq üçün müraciət edənlərin çoxu Suriya, Əfqanıstan və Pakistandan gəlir.
2021-ci ilin ikinci rübündə suriyalıkar sığınacaq tələb edən ən böyük qrup idi (20 min 640 ilk dəfə müraciət edən). Onları əfqanlar (13 min 860) və pakistanlılar (4 min 430) izləyir.
Hər üç millətdə də 2021-ci ilin ilk rübünə sırayla 8 faiz, 28 faiz və 16 faiz olmaqla və 2020-ci ilin ikinci rübünə də müvafiq olaraq 148 faiz, 216 faiz və 183 faiz müqayisə ilə artım müşahidə edilir.
Bu ölkələrin vətəndaşları 2021-ci ilin ikinci rübündə 37 faizlə ilk dəfə sığınacaq istəyənlərin üçdə birindən çoxunu təşkil edir.
Ən çox sığınacaq müraciəti Almaniya, Fransa və İspaniyaya edilib
2021-ci ilin ikinci rübündə ilk dəfə sığınacaq istəyənlərin ən yüksək sayı 29 min 545 nəfərlə Almaniyada müşahidə edilib. Onu 22 min 015 nəfərlə Fransa və 12 min 335 nəfərlə İspaniya izləyir.
Bu üç dövlət 2021-ci ilin ikinci rübündə Avropa Birliyindəki bütün sığınacaq müraciətlərinin 61 faizini təşkil edib.
Ən çox müşayiət olunmayan uşaq sığınacaq müraciəti isə sırayla Belçika, Avstriya və Almaniyaya edilib.
Edilən bütün ilk müraciətlərin 3 faizi isə Türkiyənin payına düşür.