Almaniyada keçirilən parlament seçkilərində Yaşıllar Partiyasından iki trans qadın da parlamentə yer qazanıb.
Tessa Qanserer və Nyke Slavik adlı trans qadınlar 14.8 faizlik səslə seçkiləri üçüncü sırada bitirən Yaşıllar Partiyasının parlamentə təqdim etdiyi 118 millət vəkilindən ikisi olacaq.
Qələbəsini qeyd edən 44 yaşlı Tessa Qanserer deyir ki, bu qələbə Yaşıllar üçün tarixi qələbədir: "Bu, bütün müxtəlif genderlərə sahib olan şəxslərin ümumi qələbəsidir", - deyə o, əlavə edib.
2013-cü ildə Bavyera əyalət parlamentində təmsil olunan Tessa Qanserer üçün hazırda əsas hədəf şəxsiyyət vəsiqələrində cinsiyyət dəyişikliyi üçün daha asan prosedurun həyata keçirilməsinə nail olmaqdır. 2 övladı olan Qanserer lezbiyan qadınların uşaq sahibi ola bilməsi üçün də hüquqi bazanın yaradılmasına çalışacaq.