14 Sentyabr 2021
Mətni dəyiş
Azərbaycan hökuməti Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) həbsdə olan fəal Elçin Həsənzadə barəsində qərarını yerinə yetirmir. Həsənzadənin yaxınlarının verdiyi məlumata görə, AİHM-nin qərar qəbul etməsindən 3 ay keçib, amma Elçinə hələ də təzminat ödənilməyib.
Bu ilin aprelində AİHM Həsənzadənin Avropa İnsan Hüquqları Konvensiyasının 3-cü (işgəncələrin və qeyri-insani rəftarın qadağan olunması) maddəsində zəmanət verilən hüquqlarının pozulduğunu müəyyən edərək, ona 7500 avro təzminat verilməsi barədə hökm çıxarıb.
2008-ci il dekabrın 14-də Həsənov etiraz aksiyasını işıqlandırarkən saxlanılıb.
Bu il martın 2-də Şəki Apellyasiya Məhkəməsi Elçin Həsənzadəni və bloger İbrahim Türksoyu böhtan və təhqir ittihamı ilə 8 ay azadlıqdan məhrumetmə cəzasına məhkum edib. İddia Mingəçevir şəhər meriyasının məmuru Şəhriyar Mustafayev tərəfindən qaldırılıb.
Hər iki məhkum hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. Həbsxanada Həsənzadənin səhhəti kəskin şəkildə pisləşib və hazırda o, Penitensiar Xidmətin hospitalındadır.