ABŞ Nümayəndələr Palatası ülkü ocaqlarının terror təşkilatı olub-olmamasının araşdırılması ilə bağlı maddələri özündə əks edən müdafiə büdcəsi layihəsini qəbul edib.
Araşdırma ilə bağlı maddə demokratlardan Nevedanın millət vəkili Dina Titus tərəfindən təqdim edilib.
Qəbul olunan qərara görə, bununla bağlı 180 gün içində hesabat hazırlanacaq. ABŞ Xarici İşlər Nazirliyinin hazırlayıb təqdim etməli olduğu hesabatda ülkü ocaqlarının terror təşkilatı kriteriyalarını nəyə görə daşıdığı və ya daşımadığı dəyərləndirilməlidir.
Bütün bunlardan sonra, müdafiə büdcəsi qanunun qəbulu üçün sənəd Nümayəndələr Palatasında olduğu kimi Senatda da qəbul edilməlidir və prezident Co Baydenin də imzasından sonra tətbiq edilməyə başlamalıdır.
Bundan əvvəl isə Fransa, Almaniya və Hollandiya Avropa Birliyinə müraciət edərək ülkü ocaqlarının Avropada fəaliyyət göstərməsinin qarşısının alınmasını istəyib.