20 Sentyabr 2021
Mətni dəyiş
Annalena Berbok siyasətdə olduğu kimi idmanda da həmişə iddialı olub.
O, gəncliyində batutla tullanma üzrə müsabiqələrdə iştirak edib. Hazırda onun 40 yaşı var və "Yaşıllar Partiyası"ndan kansler postuna namizəddir. Annalena Berbok Almaniyada bu günədək sözügedən vəzifəyə namizədliyini verən ən gənc şəxsdir.
Berbok siyasi karyerasına həyat yoldaşı və iki qızı ilə yaşadığı Brandenburqda başlayıb. O, 2018-ci ildə Robert Habeklə birlikdə "Yaşıllar Partiyası"nın həmsədri seçilib. Partiyanın birləşdirilməsi və əldə edilən uğurlar onların əməyi olaraq qeyd edilib.
Pozitiv başlanğıc
Onun seçki kampaniyası yüksək notlarla başlayıb. "Yaşıllar"ın reytinqi rəy sorğularında 28 faizə yüksəlib. Bu da 2017-ci il seçkilərindən təxminən 20 faiz çoxdur. Ancaq bu sürət uzun müddət davam etməyib və may ayının ortalarından bəri bir çox uğursuzluqlar yaşanıb.
Qalmaqallar
Onun bahalı Milad bonusları üçün vergiləri yalnız bir neçə il sonra ödədiyi ortaya çıxıb. Annalena bunu səhlənkarlıq adlandırıb.
Tərcümeyi-halındakı bəzi məlumatların dəqiq olmadığı bəlli olub. “The Greens”-in (Yaşıllar Partiyası) saytında yerləşdirilən tərcümeyi-halda onun Alman Marşal Fondunun beyin mərkəzinin üzvü olduğu qeyd edilib. Halbuki o, sadəcə fondun dəstəkçisi olub. Annalenanın tərcümeyi-halı haqda şərhlər müxalifət tərəfindən onun təcrübəsiz olması arqumentinin yaranmasına da yol açıb.
Onun “İndi: Ölkəmizi necə yeniləyirik” adlı kitabı ətrafında da plagiat ittihamları meydana gəlib. Bəziləri kitabın müəyyən hissələrinin bir neçə qəzet məqaləsinə bənzədiyini iddia edib.
Sosial şəbəkələrdəki yalan xəbərlərdə də onun çılpaq fotolarının yayıldığı və hətta itlərin qadağan edilməsinə çağırış etdiyi iddia edilib.
Bütün bu ifşalar və qalmaqallar onun populyarlığının sürətlə azalmasına səbəb olub. Hətta onun öz namizədliyindən partiyanın həmsədri Robert Habekin xeyrinə imtina etməsi haqda da çağırışlar edilib.
Döyüş ruhu
Bu, Berboku dayandırmayıb. Bu yaxınlarda verdiyi bir müsahibədə Annalena idman keçmişinin ona ilkin yarışlarda təslim olarsa müsabiqələrdə iştirak etməyin mənasız olduğunu öyrətdiyini deyib. O, yeni bir başlanğıcın tərəfdarı olduğunu söyləməsinin ajiotaja səbəb olacağını gözləyirdi.
Yaşıl gündəm
Berbok “Yaşıllar”ın əsas gündəm maddəsi olan iqlimin mühafizəsi ilə seçki kampaniyasında xal qazanmağa çalışıb. O, Qərbi Almaniyadakı dəhşətli sel fəlakətindən foto çəkmək fürsəti kimi istifadə etməmək və iqlim dəyişikliyi haqda xəbərdarlıq etmək məsələlərində çox ehtiyatlı davranırdı. Bunun əvəzində “Yaşıllar” hadisələrə siyasi müstəvidə etiraz edib və sadəcə iqlim mühafizəsi ilə məşğul olacaq, eyni zamanda iqlimə zərər verən qadağaları veto etmə gücünə malik nazirlik təklifi ilə yeni proqramını açıqlayıb.
[embed]https://twitter.com/ABaerbock/status/1424658011721715712?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1424658011721715712%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.euronews.com%2F2021%2F09%2F20%2Fthe-german-elections-2021-who-is-annalena-baerbock[/embed]
İqlim dəyişikliyinə gəlincə, Berbok bunu “abstrakt bir şey deyil, hazırda burada, aramızda baş verir” şəklində xarakterizə edib.
“İqlim böhranı ilə mübarizə aparmaq üçün əlimizdən gələni etməliyik. Gələcək nəsillər üçün iqlimə uyğun firavanlıq qurmaq məqsədilə önümüzdəki onillikdən istifadə kimi tarixi bir fürsətlə üz-üzəyik” – Annalena Berbok, “Yaşıllar partiyası”nın həmsədri
Avropa da Berbok üçün ciddi problem sayılır. O, “Yaşıllar partiyası”na Avropa Birliyinin siyasəti ilə gəlib. Politoloq və beynəlxalq hüquq mütəxəssisi Avropanın müdafiə siyasətinin daha da gücləndirilməsinin tərəfdarıdır. O, heç vaxt nazirlik və hökumət postlarında çalışmayıb.