Əfqanıstandakı qadın prokurorlar Taliban və silahlı qrupun həbsxanalardan buraxılan minlərlə üzvündən qorxur. Hələ də Əfqanıstanda olan bu qadınlar beynəlxalq ictimaiyyəti yardıma çağırır.
Baş Prokurorluğun Kabildəki qadın işçiləri həyatlarının təhlükədə olduğunu deyirlər. Onlar Talibanın son 20 ildə bir çox prokuror və dövlət məmurunu öldürəcəyini iddia etdiyi üçün qrupun hakimiyyəti dövründə canlarından qorxduqlarını bildirir.
Bu Əfqanıstan prokurorları beynəlxalq ictimaiyyətin onları daha təhlükəsiz bir yerə köçmələrinə yardım etməsini istəyir. Qadın prokurorlardan biri "Əlbəttə ki, özümüzü təhlükəsiz hiss etmirik. Evlərimizdən belə çıxa bilmirik. Heç rahatlığımız yoxdur. Beynəlxalq ictimaiyyətin qadınlar, xüsusilə də prokuror qadınlar haqqında ciddi bir qərar verməsini istəyirik, çünki onların həyatı təhlükədədir. Onları hər an öldürə bilərlər” deyir.
Qadın prokurorlar deyirlər ki, keçən ay Taliban ölkənin nəzarətini əlinə aldıqdan sonra sərbəst buraxdıqları minlərlə məhbus tərəfindən də təhlükə hiss edirlər. "Yalnız Taliban tərəfindən deyil, azad edilən məhbuslar tərəfindən də təhlükə hiss edirik. Əlimizdə Talibanın prokurorları hədəf alacaqlarını dedikləri sənədlər və videolar var. Bəzi həmkarlarımıza artıq məhbuslardan qisas alacaqlarını bildirən mesajlar və zənglər gəlib. Ona görə də özümüzü heç də təhlükəsiz hiss etmirik” - deyə, digər qadın prokuror bildirir.
Qadın prokurorlar Talibanın işləmək hüququ da daxil olmaqla, son iyirmi ildə Əfqanıstanda qadın haqları sahəsində qazanılan uğurları məhv edəcəyindən narahatdır. Basşqa biri isə "Yeni hökumət dövründə qadınların işlərinə davam edə biləcəyini düşünmürəm. Mümkündür ki, həkim və müəllim kimi bəzi qadınların işləməsinə icazə verilə bilər” deyir.
Keçən ay Taliban yeni prosedur hazırlanana qədər qadınları evdə qalmağa çağırıb. Qrup bunun qadınları qorumaq üçün müvəqqəti bir tədbir olduğunu deyib.