Ukrayna xarici işlər naziri Oleq Nikolenko müavini Yevgeni Yeninin Ukraynanın Kabildəki təxliyə təyyarəsinin silahlı şəxslər tərəfindən qaçırılması ilə bağlı açıqlamasını təkzib edib.
Bu barədə RBC-Ukrayna xəbər verib. Xarici işlər naziri bildirib ki, Kabildə və ya başqa yerdə qaçırılan hər hansı Ukrayna təyyarəsi yoxdur.
"Bəzi KİV tərəfindən təyyarə ilə bağlı tirajlanan məlumatlar həqiqətə uyğun deyil", - deyə Nikolenko bildirib.
Onun sözlərinə görə, Ukraynanın Əfqanıstandan təxliyə üçün göndərdiyi təyyarələr təhlükəsiz şəkildə ölkəyə qayıdıb. Bu günə qədər üç təxliyə reysi ilə 256 nəfər ölkəsinə qayıdıb.
Nikolenko deyib ki, Yenin diplomatların təxliyəni təşkil etmək üçün üzləşdikləri olduqca çətin vəziyyəti izah edib.
*****
Əfqanıstanda Ukrayna təyyarəsi naməlum qrup tərəfindən qaçırılıb.
Bu barədə Ukrayna XİN-dən bildirilib.
Məlumata görə, Ukrayna vətəndaşlarının təxliyəsi üçün Əfqanıstanda olan təyyarə naməlum şəxslər tərəfindən qaçırılıb.
“Təyyarə naməlum sərnişinlərlə İran istiqamətində uçub”, - məlumatda qeyd edilib.
Keçən həftə baş vermiş hadisənin necə sonlanması barədə məlumat verilməyib.