26 Avqust 2021
Mətni dəyiş
Türkiyə Dəyanət İşləri Nazirliyinin saytında İslam dinində midye, kalimar, xərçəng, lobster, krevet kimi dəniz canlılarının yeyilməsi ilə bağlı fətva yayımlayıb.
Nazirlik Quranda yer alan Maidə surəsində dənizdən əldə edilən qidaların halal olduğunun söylənildiyini bildirib. Lakin İslam dinində Hənəfi məzhəbinə görə, midye, kalimar, xərçəng, lobster, krevet kimi dəniz canlılarını yeməyin haram olduğu əlavə edilib.
Şafii məzhəbi üçün isə qurbağa, xərçəng, tısbağa və su ilanının yeyilməsinin halal olmadığını bildirən Dəyanət İşləri Nazirliyinin açıqlamasında deyilir:
“Şafii məzhəbində dəniz canlıları sadəcə suda yaşaya bilən və sudan çıxanda boğulmuş heyvan kimi qısa müddətdə ölürsə, şəklinə və ölüm halına baxmadan yeyilməsi halaldır. Amma əslən suda yaşayan, lakin quruda da yaşaya bilmə xüsusiyyətinə sahib olan heyvanlara gəlincə, onlardan əti yeyilən quru heyvanlarına bənzəyənlərin yeyilməsi, boğulması şərti ilə halal, əti yeyilməyənlərə bənzəyənlərin yeyilməsi isə haramdır”.
Türkiyə Dəyanət İşləri Nazirliyinin bu açıqlaması sosial mediada qızğın müzakirələrə səbəb olub.
[embed]https://twitter.com/umut65920933/status/1430828093145550851?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1430828093145550851%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.bbc.com%2Fturkce%2Flive%2Fhaberler-turkiye-58339443[/embed]
[embed]https://twitter.com/yenisafak/status/1430826285740306439?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1430830130113482752%7Ctwgr%5E%7Ctwcon%5Es2_&ref_url=https%3A%2F%2Fwww.bbc.com%2Fturkce%2Flive%2Fhaberler-turkiye-58339443[/embed]
[embed]https://twitter.com/Shiwa_1881/status/1430603600905048068?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1430608528738226181%7Ctwgr%5E%7Ctwcon%5Es2_&ref_url=https%3A%2F%2Fwww.bbc.com%2Fturkce%2Flive%2Fhaberler-turkiye-58339443[/embed]
https://twitter.com/hatipsit/status/1430827289206472706?ref_src=twsrc%5Etfw%7Ctwcamp%5Etweetembed%7Ctwterm%5E1430827289206472706%7Ctwgr%5E%7Ctwcon%5Es1_&ref_url=https%3A%2F%2Fwww.bbc.com%2Fturkce%2Flive%2Fhaberler-turkiye-58339443