Türkiyədə sel fəlakəti nəticəsində ölənlərin sayı artıb.
Bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca özünün tvitter səhifəsində yazıb.
Onun sözlərinə görə, Kastamonuda 32, Sinopda 6 nəfər həyatını itirib.
Nazir əlavə edib ki, təbii fəlakətin təsirinə məruz qalan Sinop vilayətinin Ayancık rayonundakı dövlət xəstəxanasındakı 56 xəstənin 38-i Sinop şəhər xəstəxanasına, digərləri evlərinə köçürülüb.
Kastamonu vilayətinin Ayancık Dövlət Xəstəxanasının binası qəzalı vəziyyətə düşüb. Zərər çəkən ərazilərdən əhali evakuasiya edilərək tələbə yataqxanalarına yerləşdirilib.