17 Avqust 2021
Mətni dəyiş
“Taliban” radikal hərəkatı Əfqanıstan paytaxtı Kabildən bütün uçuşların dayandırıldığını elan edib.
Bu barədə məlumatı “Sky News Arabia” yayıb.
“Əl-Cəzirə”nin məlumatına görə isə Kabil hava limanı avqustun 21-dən etibarən yenidən vətəndaşlar üçün açıq elan ediləcək.
Bununla yanaşı qeyd olunur ki, “Taliban” yaraqlılarının bir qrupu artıq hava limanının binasındadır.
Bildirilir ki, “Taliban” nümayəndələri buraya və hava limanının ətrafına toplanmış sakinləri ərazidən uzaqlaşdırmaq üçün havaya bir neçə dəfə atəş açıb.
Bir neçə gün əvvəl Kabil hava limanından bütün kommersiya uçuşları da ləğv edilib.