"Taliban" hərəkatının nümayəndələri keçmiş hökumət rəsmilərinə amnistiya (cəzanın yüngülləşdirilməsi, yaxud ləğv edilməsi) elan ediblər.
Bu barədə “Taliban” bəyanat yayıb. Açıqlamada deyilir ki, “Taliban” hərəkatı əfvlə yanaşı hökumət rəsmilərini dövlət müəssisələrində işi bərpa etməyə çağırıb.
“Hər kəs üçün amnistiya elan edilib. Bu səbəbdən də, tam əminliklə gündəlik həyatınıza qayıtmalısınız”, - deyə bəyanatda qeyd olunub.
Bütün Əfqanıstanı ələ keçirən radikal “Taliban” terror hərəkatının yaraqlıları yüzlərlə təhlükəli məhbusu “Pul-e-Charkhi” həbsxanasından buraxıb. Azad edilmiş cinayətkarlar arasında çox sayda "Taliban" hərəkatı nümayəndəsi və “Əl-Qaidə" terror təşkilatının üzvləri var.