Taliban hərəkatı Əfqanıstanın şərqindəki Paktiya vilayətində koronavirusa qarşı vaksinlərin istifadəsini qadağan edib.
Bu barədə yerli “Shamshad” telekanalı məlumat yayıb.
Vilayətin səhiyyə idarəsinin rəhbəri Vəlayət Xan Əhmədzay artıq üç gündür ki, ərazini ələ keçirən taliblərin göstərişilə xəstəxananın vaksinasiya şöbəsinin bağlandığını bildirib.
Onun sözlərinə görə, hərəkat üzvləri yerli həkimlərə də müvafiq xəbərdarlıq göndərərək koronavirusa qarşı peyvəndin vurulmasının qadağan olunduğunu qeyd ediblər.