Yaxın gələcəkdə ətraf mühitin zərərli qazlardan təmizlənməsi üzrə texnologiyalar daha da təkmilləşdiriləcək. Dünya ölkələri müəyyən ödəniş müqabilində bu texnologiyaları əldə etməli olacaqlar.
Bu barədə “Bloomberg” Beynəlxalq Enerji Agentliyi və “Credit Suisse” qrupunun ekspertlərinə istinadən məlumat verib.
Bildirilib ki, sənaye müəssisələri üçün atmosferə tullantılara görə icazə almaq getdikcə daha da çətinləşir və bahalaşır.
Bu isə öz növbəsində havanın təmizlənməsi üzrə texnologiyaların inkişafını stimullaşdırır.