Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Taliban silahlı tədbirləri dayandırma və əfqan bölgələri ilə təmas qurma mövzularında götürdüyü öhdəlikləri hələlik yerinə yetirir.
Lavrov bildirib ki, Taliban keçmiş prezident Həmid Karzai, milli dialoq komitəsinin rəhbəri Abdullah Abdullah və hələ də Talibana qarşı dirəniş göstərən Pəncşir vilayəti də daxil olmaqla müxtəlif şəxslər və qruplarla dialoqu davam etdirir.
Lavrov əlavə edib ki, Orta Asiya ölkələrinin təhlükəsizliyi həm də Rusiya Federasiyasının təhlükəsizliyidir. Bu ölkələrə müdaxilə olsa, hücum Rusiyanın da təhlükəsizliyini təhdid edəcək.
Taliban isə bildirib ki, regional qruplarla görüşü davam etdirir. "Reuters"-in yazdığına görə, Taliban artıq Əfqanıstanda 34 bölgəsinin 20-si ilə danışıqlara başlayır.