Rusiyanın Petroqrad rayon məhkəməsinə vəkil İqor Mirzoyev tərəfindən iddia ərizəsi daxil olub.
“RİA Novosti” xəbər verir ki, ərizədə “Birinci kanal” SC-dən neqativ xəbərlərin çoxluğuna görə maddi və mənəvi təzminat tələb olunub.
Təzminat məbləğinin 10.5 milyon rubl (təxminən 241 min manat) olduğu bildirilib.
İddia ərizəsinin artıq məhkəmə icraatına götürüldüyü qeyd edilib.
Ərizədə iddiaçının artıq neçə ildir mütəmadi olaraq kanalın xəbərlərini izlədiyi və bundan sonra özünü pis hiss etdiyi, həmçinin efirdəki xəbərlərin 78.2%-nin cinayət, hərbi münaqişə və fəlakətlərə aid olduğu vurğulanıb.