Rusiyada qadın haqları təşkilatları ölkədə 2011-2019-cu illər arasında baş verən qadın cinayətləri ilə bağlı statistik məlumatlar yayıblar.
Məlumatlara görə, Rusiyada 2011-2019-cu illər arasında baş verən qadın cinayətlərinin 65.8%-i ya qadınların partnyorları, ya da qohumları tərəfindən törədilib.
Bu illər ərzində cinayət qurbanı olan qadınların sayı isə 18 min 500 nəfərdən çox olub.
Bunların 9 min 868 nəfəri ya həyat yoldaşları tərəfindən, ya da birlikdə yaşadıqları şəxslər tərəfindən qətlə yetirilib.
Son iki ilin statistikasına görə isə hər gün Rusiyada ortalama olaraq 13 qadın qətlə yetirilir.