Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova mətbuat konfransı keçirib.
Rusiya rəsmisi Qarabağla bağlı "10 noyabr" üçtərəfli bəyanatını prioritet adlandırıb.
"Cənubi Qafqazdakı situasiya Rusiyanın diqqətindədir. Üçtərəfli bəyanatın icrası prioritet təşkil edir. Rusiya Azərbaycan və Ermənistanın münasibətlərinin kompleks şəkildə normallaşmasının tərəfdarıdır", - sözçü bəyan edib.
Zaxarova Azərbaycan prezidenti İlham Əliyevin Rusiyanın Ermənistanı yenidən silahlandırması ilə bağlı fikrinə də münasibət bildirib.
Sözçü deyib ki, silah tədarükü Rusiyanın suveren hüququdur: "Həm Ermənistanla, həm də Azərbaycanla müvafiq qarşılıqlı əlaqə qurduğumuza diqqət çəkmək istərdim. Bunu edərkən bölgədə güc balansının qorunması ehtiyacını nəzərə alırıq".