Rusiya Ukraynaya nota verib.
Buna səbəb kimi Ukraynanın Sovet Sosialist Respublikalar İttifaqı (SSRİ) qəhrəmanlarının xatirələrini qorumaması göstərilir.
Burada söhbət xüsusən Lvov şəhərində Morsove Pole adlı müharibə qəhrəmanının xatirəsinə ucaldılmış abidənin şəhər rəhbərliyi tərəfindən sökülməsindən gedir.
Rusiya bunu qınadığını bildirib.
Notada Ukraynanın xüsusən Sovet ittifaqına aid dövrləri təhrif etməsi və o dövrə aid irsin məhv edilməsi qeyd edilib.
Bundan əvvəl faşizmlə mübarizədə qələbə qazanan Sovet İttifaqı qəhrəmanlarının xatirəsinə ucaldılmış abidə Lvov şəhərində sökülmüşdü.