“Əfqanıstandakı problemlərin sülh yolu ilə həlli üçün Rusiya siyasi və diplomatik səylərə diqqət yetirəcək”.
Bu sözləri Rusiya Təhlükəsizlik Şurasının sədri Nikolay Patruşev deyib.
Onun sözlərinə görə, Rusiya hərbi kontingentinin Əfqanıstana daxil olması üçün heç bir şərt yoxdur:
“Əfqanıstan istiqamətində biz ilk növbədə siyasi və diplomatik səylərə diqqət yetirəcəyik, tərəfdaşlarımızla birlikdə Əfqanıstanda mövcud olan problemlərin sülh yolu ilə həll edilməsi yollarını axtaracağıq”.
Təhlükəsizlik Şurasının sədri bildirib ki, bunun üüçün, xüsusən də Moskva formatı yaradılıb və uğurla fəaliyyət göstərir:
“Bundan əlavə, Əfqanıstanda mövcdu problemin nizamlanması üçün beynəlxalq səylərdə BMT-nin əlaqələndirici roluna böyük əhəmiyyət veririk. İndi prioritet vəzifə Əfqanıstandan miqrasiya axını üzərində nəzarəti təmin etmək, bölgəni qaçqın adı altında terrorçuların sərhəddən keçməsindən, həmçinin silah qaçaqmalçılığından və narkotik alverindən qorumaqdır.
Rusiya ərazisindən bölgə üçün heç bir təhlükənin yayılmayacağı dinc və inkişaf edən Əfqanıstanda maraqlıdır. Əfqanıstan xalqının iradəsinə söykənən, onların istəklərini yerinə yetirəcək və ölkəni güclü və çiçəklənən dövlətə çevirmək üçün çalışacaq qüvvələrlə dialoq qurmağa hazırıq”.