Harvard Universitetinin alimi Əli Əhməd nüvə elektrik stansiyalarında baş verən qəzaların sayının artmasını qlobal istiləşmə ilə əlaqələndirib.
Alim bununla bağlı araşdırmalarını "Nature Energy" jurnalında dərc edib. Tədqiqatçı son 30 ildə iqlim dəyişikliyinin nüvə elektrik stansiyalarında qəzaların artmasının səbəblərindən biri olub-olmadığını təhlil edib. Nəticədə qlobal istiləşmənin müəssisələr üçün təhlükəli olduğu ortaya çıxıb.
Əli Əhmədin hesablamalarına görə, qurğuların istismarında uğursuzluqların tezliyi son on ildə bir reaktor başına düşən 0,2 qəzadan 1,5 -ə yüksəlib.
Alim yalnız iqlim istiliyinin səbəb olduğu qəzaları göstərib, təbii fəlakətlər, o cümlədən zəlzələ və ya sunami səbəbiylə meydana gələn fasilələr nəzərə alınmayıb.