Qəbələ rayonu, Solquca kəndi yaxınlığında, mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğının söndürülməsi üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən tədbirlər davam etdirilir.
Bu barədə FHN məlumat yayıb.
Yanğının söndürülməsi məqsədilə əlavə olaraq Nazirliyin Mülki müdafiə qoşunlarının 34 nəfər şəxsi heyəti və Aviasiya dəstəsinin 2 ədəd helikopteri yanğınsöndürmə işlərinə cəlb olunub.
*****
Qəbələ rayonunda meşə yanır.
“Report”un şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi bu gün səhər saatlarından etibarən rayonun Solqıca kəndi ərazisinə aid olan yüksək dağlıq-meşəlik ərazidə baş verib.
Hazırda yanğın davam edir.