Rusiya prezidenti Vladimir Putin Birləşmiş Rusiya Partiyasının nümayəndələri ilə görüşdə maraqlı açıqlamar verib.
Putin bildirib ki, Rusiya etibarsız müttəfiqlərdən çox öz gücünə güvənməlidir. Xarici siyasətini də buna uyğunlaşdırmalıdır.
O əlavə edib ki, hazırda Rusiya diplomatiyası çox böyük işlər görür, çox aktivlik nümayiş etdirirlər. Bütün məsələlərdə hücum mövqeyindədirlər.
"Hətta bəzən hörmətli Sergey Lavrova müdafiə naziri yox, xarici işlər naziri olduğunu xatırlatmaq məcburiyyətində qalıram", - deyə, Rusiya prezidenti Vladimir Putin bildirib.