17 Avqust 2021
Mətni dəyiş
Hüquq müdafiəçisi Oktay Gülalıyevin müalicəsi yenidən ev şəraitində davam etdiriləcək.
Bu barədə onun oğlu Əli Gülalıyev sosial şəbəkədə məlumat paylaşıb. Onun sözlərinə görə, atasının artıq həyati təhlükəsi yoxdur və vəziyyəti müsbətə doğru irəliləyir:
"Əziz dostlar, atam Oktay Gülalıyevin son durumu ilə bağlı məlumat vermək istəyirdim ki, şükürlər olsun ki, atam artıq həyatına olan təhlükəni atlatmışdır və durumu müsbətə doğru irəliləyir. Bildiyiniz kimi atam Topçubaşov adlı xəstəxanada saxladılaraq yanlış proqnozla ölümə tərk edilmişdi, ancaq həkim dostumuz Gülşən Yunisovanın düzgün yönləndirməsi sayəsində antibiotiklərin və sizin səy göstərməniz nəticəsində o, yenidən aramızdadır. Ege xəstəxanasına köçürüldükdən sonra da orada düzgün müayinə və müalicə edilmişdir və dünən axşam artıq evə köçürülərək, müalicəsi evdə davam etdirilir. Hər birinizə dəstəyiniz və dualarınız üçün ailəmiz adından təşəkkürümü bildirirəm!"
Oqtay Gülalıyev ötən il 90-PZ-543 dövlət nömrə nişanlı, “Hyundai” markalı avtomobillə vurulub. Vəziyyəti ağırlaşdığından ambulans təyyarəsi ilə Türkiyəyə göndərilib. Daha sonra isə müalicəsi ölkədə davam etdirilib.